Türkiyənin Pendik vilayətində nişanlısı tərəfindən girov götürülən qadın polisə ifadəsində "o, mənim nişanlım, onu sevirəm", deyə bildirib.
Teleqraf.com xəbər verir ki, 22 yaşlı nişanlısı Umut Demirkaya tərəfindən girov götürülmüş 19 yaşlı Hümeyra K. nişanlısından şikayətçi olmadığını deyib
Cütlük 1 il nişanlı olub. 7 ay öncə ayrılsalar da, bir müddət öncə barışıblar.
Amma bir neçə gün əvvəl Whatsapp-da yazışma zamanı münasibətləri pisləşib və qadın Umutu "əngəlləyib".
"Ona ayrılacağımı dedim. Səhəri gün işlədiyim liseyə gəlib mənimlə söhbət etmək istədiyini dedi. Mən də onu sakit yer olduğu üçün tualetə dəvət etdim. Burada mübahisəmiz düşdü. Cibindəki bıçaqla məni hədələdi və döyməyə başladı. Qışqıraraq yardım istədim. Öncə rəhbərlik, sonra polis gəldi. Umutun psixoloji sarsıntıları var. O, mənim nişanlım, onu sevirəm. Şikayətçi deyiləm", deyə Hümeyra K bildirib.
16:45
Türkiyənin Pendik bölgəsində Mələk Aknil Çoxproqramlı Anadolu liseyində nişanlısını 2 saata yaxın girov saxlayan gənc həbs edilib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Ər Umud adlı şəxs barışmaq məqsədilə keçmiş nişanlısının çalışdığı məktəbə gedərək onunla danışmağa çalışıb.
Sevdiyi qadından rədd cavabı alan gənc onu liseyin ayaqyoluna kilidləyərək əlindəki bıçaqla girov götürüb.
İstanbul Təhlükəsizlik Asayiş Şöbə Müdirliyinin əməkdaşları 1 saat yarımlıq müzakirədən sonra Ər Umudu razı sala bilib. Polisə təslim olan gənc məhkəmənin elə ilk iclasında həbs edilib.