11 Sentyabr 2018 22:00
4 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya, İran və Əsəd rejimi İdlib üçün siyasi həll axtarışında deyillər. Türkiyə bunu keçən həftə açıqladı. Ankara İdlibdə atəşkəs istədi, amma Rusiya və İran bu təklifi qəbul etmədilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ım BMT-dəki təmsilçisi Nikki Haley bildirib.

Onun sözlərinə görə, Rusiya və Əsəd rejimi İdlibə hava hücumlarını artırıblar.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Rusiya, İran və Türkiyə prezidentlərinin Tehranda keçirilən zirvə toplantısının nəticələrini və İdlibdəki son durumu müzakirə etmək üçün bu gün toplanıb.

ABŞ-ım BMT-dəki təmsilçisi Nikki Haley çıxışında qeyd edib ki, Rusiya, İran və Əsəd rejimi İdlib üçün siyasi həll axtarışında deyillər: "Türkiyə bunu keçən həftə açıqladı. Ankara İdlibdə atəşkəs istədi, amma Rusiya və İran bu təklifi qəbul etmədilər"

Rusiyanın BMT-dəki nümayəndəsi Vassili Nebenzia Tahran görüşünün nəticələri barədə Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Nebenzia İdlibdə on minlərlə El Nusra və İŞİD üzvlərinin olduğunu qeyd edərək Rusiya, İran və Türkiyənin Suriyada terrörçuların təmizlənməsi məsələsində həmfikir olduqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər