11 Sentyabr 2018 22:07
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da 1 mart 2008-ci il hadisələri ilə əlaqədar istintaqa dəvət olunacaq.

Bununla bağlı 11 sentyabrda jurnalistlərin suallarını cavablandıran Xüsusi istintaq komitəsinin rəhbəri Sasun Xaçatryan deyib. Ek-prezidentin nə zaman sorğu-suala çağırılacağına gəldikdə, xidmət rəhbəri bunu dəqiqləşdirməyib. “O, nə vaxt və hansı statusda çağrılacaq, bunu istintaqı aparan qurum müəyyənləşdirəcək”-Xaçatryan deyib.

Qeyd edək ki, 10 nəfərin ölümünə səbəb olan qanlı hadisələrlə bağlı artıq iki prezident – Serj Sərkisyan və Robert Köçəryanın başı üzərində qara buludlar dolaşır. R.Köçəryan həbsdən canını qurtarsa da, ölkədən çıxışına qadağa qoyulub, S.Sərkisyanı isə son dəfə Qarabağda, anasının yanında “görüblər”.

/Musavat.com/


Müəllif:

Oxşar xəbərlər