Ermənistan baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına vəzifəli və imkanlı şəxslərin mühafizə xidmətlərinin tərkisilah edilməsi barədə tapşırıq verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb.
Paşinyan xüsusi xidmət orqanları rəhbərlərinin danışıqlarının səs yazısının yayılmasını dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirib.