12 Sentyabr 2018 14:50
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da fəaliyyət göstərən “The Wall Street” jurnalı üçün məqalə yazıb.

Teleqraf.com xəbər verir ki, o, məqalədə Suriya Prezidenti Bəşər Əsədi sülhə çağırıb.

Türkiyə lideri Əsəd ordusunun Suriyanın İdlib bölgəsində əməliyyatlara başlamaq istəyinin geosiyasi fəlakətə yol açacağını bildirib.

Onun sözlərinə görə, son dövrlərdə İŞİD terror təşkilatının yenidən güclənməsi Suriya daxilindəki gərginliyi pik həddə qaldırıb: “Əgər beynəlxalq qüvvələr tədbir görməsələr, Suriyada yeni terror ocaqları alovlanacaq”.

Bundan əlavə, Ərdoğan hələ də İdlibdə terror yuvalarının qaldığını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Suriyadan artan terrorizm təhdidinə görə Bəşər Əsədi ittiham edib: “Beləliklə, Suriya rejimi Türkiyə, Avropa və digər bölgələri təhdid edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər