12 Sentyabr 2018 16:52
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyadan 100 milyon dollar həcmində yeni hərbi kredit alacaq. Bu istiqamətdə danışıqlar davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri Davit Tonoyan deyib.

Lakin o, ayrılan kredit həcmində hansı silahların alınacağı barədə məlumat verməyib: “Hansı silahların alınacağını bilmirəm, bu haqda danışmaq hüququna malik deyiləm. Hər şey vaxtında bəlli olacaq”.

Bundan əvvəl Tonoyan bildirmişdi ki, Ermənistan çoxfunksiyalı aviasiya əldə etməkdə maraqlıdır.

Xatırladaq ki, Davit Tonoyan Moskvada Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşdən sonra silah almaq üçün Rusiyaya müraciət edəcəklərini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər