12 Sentyabr 2018 18:35
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökuməti ixrac etmək məqsədilə ölkədə marixuana istehsalına icazə verən qanun layihəsi hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterpressNews” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, bir gün əvvəl parlament deputatları Daxili İşlər Nazirliyinin nümayəndələrini qanun layihəsi ilə tanış ediblər.

Layihəyə görə, marixuana istehsalı lisenziyalı formada həyata keçiriləcək.

Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili təşəbbüsü dəstəkləyib.

Eyni zamanda, ölkənin hakimiyyət orqanları məktəblərdə, ictimai qurumlarda və digər ictimai yerlərdə narkotik maddədən istifadə edilməsinə qadağa qoymağı planlaşdırır.

Yaxın gələcəkdə təşəbbüs hökumətin iclasında təqdim olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər