Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, Elias Antonio Saka pul və aktivlərin oğurlanması və yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Saka 2016-cı ildə korrupsiya və dövlət vəsaitlərinin israf edilməsi ittihamı üzrə həbs olunub. O, 2004-2009-cu illərdə ölkə prezidenti olub.