Avstraliya-Azərbaycan Assosiasiyası Birliyinin üzvləri bu ölkənin keçmiş ədliyyə və miqrasiya naziri, hazırda BMT-də insan hüquq və azadlıqları müdafiəçisi, Sidneyin bələdiyyə sədri Filip Rudokla görüşüblər.
Assosasiyadan Teleqraf.com-a verilən məlumata görə, Sidneydə baş tutan görüşdə Avstraliyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Görüşdə İranda ana dili və milli kimlik uğrunda mübarizə aparan Güney Azərbaycan türklərinin vəziyyəti, Urmiya gölünün quruması haqda məlumat verilib.
Birliyin sədri Mikayıl Oyta Urmiya gölünün quruması ilə milyonlarla azərbaycanlının bölgədən köçürüləcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu, İran hakimiyyətinin Azərbaycan türklərinə qarşı apardığı assimliyasiya siyasətinin bir hissəsidir.