13 Sentyabr 2018 16:23
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryana cavab verib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik orqanlarının rəhbərləri arasında yayılan telefon danışığından sonra “Nikol Paşinyanın əsas məqsədi məni həbs etməkdir” deyə sabiq prezident bildirmişdi.

Bu gün isə Nikol Paşinyan ölkənin Müdafiə Nazirliyinin binasında keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Telefon danışığı ilə bağlı suallara cavab verməkdən çəkinən Paşinyan zalı tərk etməyə çalışarkən media nümayəndələri ondan əl çəkməyiblər. Bu zaman isə o, Köçəryanı hədəf alaraq “1 mart tarixində edilən cinayətlərə görə günahkar olan hər bir kəs həbs olunacaq” deyə vurğulayıb.

Həmçinin Paşinyan əlavə edib ki, analoji hadisə ilə bağlı yaxın zamanda açıqlama verəcək.

Hikmət Zeynallı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər