13 Sentyabr 2018 15:38
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib yeni bir böhranın məngənəsindədir. İdlibdə hər hansı hərbi əməliyyat onsuz da problemli olan bölgəni fəlakətə sürükləyəcək.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya, İran və digər müttəfiqləri ilə bölgədə sülh və sabitliyin təmin olunması, insanlıq faciəsinin qarşısının alınması üçün birgə çalışır:

“Bəzi ölkələr kimyəvi silahdan istifadə edilərsə, reaksiya verəcəklərini bəyan edirlər. Lakin insanların təkcə kimyəvi silahlarla yox, adi silahlarla öldürülməsinə qarşı da çıxmalıyıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər