Türkiyə bir neçə xarici ölkəyə yeni səfir təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən yeni təyin olunan səfirlərə zəng edərək onları təbrik edib.
Yeni təyinatlar sırasında Türkiyənin Moskvadakı səfiri də var. Hüseyn Lazip Diriözü Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbəri Mehmət Samsarın əvəzlədiyi bildirilir.
Qeyd edək ki, Mehmet Samsar Türkiyənin Ukraynadakı səfiri olub.
Türkiyə Moskva ilə yanaşı, London, Madrid, Afina, Praqa, Vyana, Buxarestə də səfir təyin edib.