Portlənd şəhərinin polisi romantik əsərlərinin müəllifi olan Krempton Brofini əri Den Brofinin qətlində təqsirli sayaraq həbs edib.
Teleqraf.com “Vaşinqton post” qəzetinə istinadən xəbər verir ki, 68 yaşlı qadın “Ərimi necə öldürə bilərəm?” və “Xəyanətkar ər” adlı əsərlərin müəllifidir.
Əsərlərin ərsəyə gəlməsindən 3 ay əvvəl, 2 iyun tarixində isə Den Brofi aşbaz işlədiyi restoranda güllələnib.
Krempton Brofinin yazdığı əsərlərin məzmunu isə Oreqon ştatının polisində qadının qətli törətməsi ilə bağlı şübhə yaradıb və o, ərinin qətlində təqsirləndirilərək həbs edilib.