14 Sentyabr 2018 15:39
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti İrandan neft idxalını azaltmaq barədə qərar qəbul edib.

Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, hind şirkətləri İrandan xam neftin alışını yaxın 2 ay ərzində 2 dəfə azaldacaq.

Bununla da rəsmi Dehli ABŞ-ın sanksiyalarından qurtulmağı planlaşdırır.

Qeyd edək ki, Hindistan Çindən sonra İranın 2-ci ən böyük satış bazarıdır. Bu aydan etibarən isə İran neftinin idxalı 12 milyon bareldən az olacaq.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər