15 Sentyabr 2018 08:53
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Riana” moda sərgisi zamanı modelin doğuş sancıları başlayıb.

Teleqraf.com ABŞ mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkda moda həftəsi çərçivəsində keçirilən sərgi zamanı Slik Vuds adlı model hamiləliyinin son ayında olub.

Podiuma çıxdığı zaman qəfil sancıları başlayan model çıxışının sonuna kimi tab gətirib. Daha sonra onu dərhal xəstəxanaya yerləşdiriblər.

Modelin xəstəxanada Sapfir adlı oğlu dünyaya gəlib.

Bildirilir ki, model dəfilə zamanı həddindən çox həyəcan keçirdiyindən sancıları başlayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər