14 Sentyabr 2018 17:14
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İdlibdə canlı dəhliz yaradacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyanat yayıb:

“İdlibdə terrorçular dinc sakinləri özlərinin müdafiəsi üçün istifadə edir, bununla da Suriya ordusuna və bizim Xmeymimdə yerləşən aviabazamıza zərbələr endirirlər. Əsasən də İdlibdən çoxlu sayda pilotsuz təyyarələr müşahidə edilir. Onlara burada silah və sursata bağlı yardımlar edilir.

Sadəcə olaraq oradakı insanların İdlibə qala kimi sığınaraq sülh istəməsi yalandır. Onlar hələ də fəal şəkildə hərbi əməliyyatlar keçirirlər”.

Rusiyanın XİN rəhbəri həmçinin onu da qeyd edib ki, rus hərbçiləri bölgədə hələ də hərbi əməliyyatlar keçirməyə davam edəcək.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər