Əfqanıstanın qərbində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “1TV” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
İnsident bu gün səhər Fərəh əyalətində baş verib. Dairə qubernatoru Haki-Safəd Məhəmməd Navrozi təcili eniş edən vertolyotun “Taliban” yaraqlıları tərəfindən vurulduğunu bildirib.
Onun sözlərinə görə vertolyotun göyərtəsində olan 5 hərbçi – 4 sərnişin və pilot həlak olub.