İranın Fransadakı səfirliyinin binası qarşısında mitinq keçirən aksiya iştirakçıları binaya zərər yetirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Xəbərə görə, Komala (Kürdüstan İnqilab və Fəhlə partiyası) terror təşkilatının 15 üzvü dünən axşam saatlarında səfirliyin binasına hücum edib.
Səfirliyin pəncərələrini qıran aksiyaçılar divarlara sprey boyalarla yazılar yazaraq binaya zərər vurublar.
Qeyd edək ki, sentyabrın 8-də İranda terror təşkilatı kimi qəbul olunan Komalanın 3 üzvü edam edilib. Həmin gün İran İnqilab keşikçiləri Ordusu İran Kürdüstan Demokrat Partiyasının Ərbildəki düşərgəsini raketlərlə vurub.