15 Sentyabr 2018 21:54
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda yeni bakterial leptospiroz virusu yayılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Kəlküttə şəhərində son 2 həftədə 5 nəfər virusa yoluxaraq həyatını itirib.

Solan şəhərində isə 1027 nəfərin dang qızdırmasına yoluxduğu bildirilib.

Ağcaqanadlar vasitəsilə yayılan dang qızdırması ölümcüldür. Bir qayda olaraq, yağışlı mövsümlərdə yoluxma halları artır.

Hindistan Səhiyyə Nazirliyi virusa qarşı mübarizəni gücləndirdiyi vaxtda Kerala ştatında son ay yarımda heyvanlardan yayılan leptospiroz virusunun 57 nəfərin həyatına son qoyduğu haqda məlumat yayılıb.

700 nəfər isə leptospiroz əlamətlərinə görə xəstəxanalarda müalicə olunur. Virusun çirkli su mənbələrindən yayıldığı ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər