16 Sentyabr 2018 01:29
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Prezidenti Kersti Kalyulayd Beynəlxalq Təmizlik Günü ilə əlaqədar Ukraynanın Dnepr şəhərində parklardan birində təmizlik işləri görüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, xanım prezident bu haqda öz Tvitter mikrobloqunda məlumat yayıb.

“Hər kəs ətrafına baxıb planeti gələcək nəsillərə necə təhvil verəcəyimizi fikirləşməlidir. Biz dünyanı təmiz və gözəl saxlamaq üçün əlimizdən gələni etməliyik”, - deyə Estoniya prezidenti bildirib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər