ABŞ-ın güney sərhədlərində yaxalayan Florens qasırğası Prezident Donald Tramp üçün siyasi problemlər yarada bilər.
Teleqraf.com xəbər verir ki, ABŞ mediası Konqresə ara seçkilər ərəfəsində baş verən şiddətli fırtınaların seçkiyə təsir edəcəyini bildirir.
Qeyd olunur ki, Prezident Trampın güclü qasırğanın seçkilərə təsir edəcəyindən ciddi təşviş keçirir.
Qeyd edək ki, ABŞ-da müşahidə edilən qasırğa artıq 11 nəfərin həyatına son qoyub.
Xatırladaq ki, Tramp ABŞ-ın beynəlxalq iqlim problemləri ilə bağlı heç bir əməkdaşlığa getməyib, habelə Paris anlaşmasından çıxıb.
Birləşmiş Ştatların “Politika” saytı6 oktyabrda keçiriləcək Konqresə ara seçkilər ərəfəsində güclü qasırğa və onun yaratdığı nəticənin Trampın reytinqinə zərbə vuracağını bildirib.
Sabah Tramp qasırğanın yaşandığı Karolina ştatına səfər edəcək. Qeyd edək ki, bu ştat Trampın prezident seçkilərində ən çox səs aldığı ştatlardan biridir.