16 Sentyabr 2018 19:45
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın oğlu sabiq prezident Barak Obamanın konqresə seçim kampaniyasındakı çıxışını şərh edib.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, oğul Tramp ABŞ-ın uğursuzluqlarını Obamanın “ən yaxşı satıcı” olması ilə əlaqələndirib.

“Şübhəsiz ki, Obama bizim ən yaxşı satıcımızdır. Ağıllı insanlar gözəl bilir ki, o, bizim iqtisadiyyat və xarici siyasətimiz üçün heç bir yaxşı iş görməyib. Hamı görürdü ki, onun fəaliyyəti ABŞ-ı böyük risk qarşısında qoydu və onu zəiflətdi. Onun qoyduğu "qırmızı cızıqlar"ı digər ölkələr rahatlıqla keçiblər”.

Qeyd edək ki, Barak Obama növbəti konqres seçkiləri üçün Demokrat partiyasının namizədi olmağı planlaşdırır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər