Güney Azərbaycandan olan milli-mədəni fəal Abbas Lisani İranın İnqilab Məhkəməsinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub.
Abbas Lisani məhkəməyə çağırılması ilə bağlı belə deyib: “Təyin edilmiş vaxtdan gec xəbər verdikləri üçün məhkəməyə müraciət etməyəcəyəm”.
Tanınmış fəalın məhkəməyə çağırılması, iyulun 2-də öz iş yerində İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanması ilə bağlıdır. Babək qalası yürüşünə bir neçə gün qalmış tutulan fəal məhkəmənin qərarı ilə prokurorluq tərəfindən ETTELAAT-ın təcridxanasına aparılmışdı.
Qeyd edək ki, Abbas Lisani Güney Azərbaycan türklərinin milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.