İrəvanın Mikaelyan küçəsində yaşayış evlərinin birində bomba partladılıb.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, axşam saatlarında baş vermiş partlayış nəticəsində ölən olmasa da onlarla sakin binadan təxliyə edilib.
Axtarışlar zamanı isə binadan partlayıcı maddələr, detonator və saat mexanizmi tapılıb.
Faktla bağlı cinayət işi açılıb, axtarışlar davam edir.