17 Sentyabr 2018 15:29
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya ilə imzalanmış "Dostluq müqaviləsi"ni ləğv etmək barədə sərəncam imzalayıb.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Ukrayna XİN artıq məsələ ilə bağlı Ruisya XİN-ə məlumat göndərib.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında "Dostluq müqaviləsi" 1997-ci ilin may ayında imzalanıb və 1999-cu ilin aprelindən qüvvəyə minib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər