17 Sentyabr 2018 21:25
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı 4,5 saatlıq görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüş məhdud tərkibdə başladıqdan sonra işçi naharında geniş tərkibdə davam edib.

V.Putin müzakirələri məzmunlu və konstruktiv olaraq səciyyələndirib.

16:42

Bu gün saat 16:00-da Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri arasında görüş baş tutub.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, təkbətək görüşdən öncə mediayaya açıqlama verən dövlət başçıları bir sıra məsələlərə toxunublar.

Rusiya prezidenti Vladimir Putin ortaq bir qərar verilməsinin bölgədə əmin-amanlığı bərqərar edəcəyini vurğulayıb. Türkiyə -Rusiya münasibətlərinin daha da yaxşılaşdığını qeyd edən Kreml rəhbəri “danışacağımız çox məsələ var. Onları müzakirə edib qərar verməyə çalışacağıq” deyə açıqlama verib.

Rəcəb Tayyib Ərdoğan isə siyasi, hərbi, iqtisadi məsələlərlə bağlı bir çox fikir mübadiləsi aparacaqlarını və Soçidə veriləcək qərarların bölgəyə fərqli bir ümid olacağını bildirib.


Müəllif: Mirvari Əzizova