Dünən Soçidə Türkiyə və Rusiya arasında əldə olunan razılaşmaya ABŞ və İran hökuməti reaksiya verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, məsələyə ilk öncə ABŞ Dövlət Departamenti münasibət bildirib.
Rəsmi Vaşinqton İdlibdəki sakitliyin qalıcı olmasına ümid etdiyini, Rusiya ilə Türkiyənin hərbi əməliyyatları dayandırmaq istəyindən cəsarətləndiklərini bəyan edib.
Rəsmi Tehran da öz növbəsində Suriyanın şimal qərbində hər iki ölkənin silahsız həll tapdıqlarından məmnuniyyətini bildirib.
Qeyd edək ki, Soçidə keçirilmiş görüşdə Rusiya və Türkiyə İdlibdə hərbisizləşdirilmiş zona yaradılmasına razılaşıblar.