18 Sentyabr 2018 13:05
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qvardiyasının hərbçiləri 3 çeçen döyüşçüsünü zərərsizləşdirib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Çeçenistan-İnquşetiya sərhədində baş verib.

Silahlılar Fortanqa çayının sağ sahili ilə cənubdan şimala hərəkət edərkən rus hərbiçilərinin müşahidəsinə düşüblər.

Əməliyyat nəticəsində hər 3 silahlı - Mövsər Aleroyev, Anatoliy Hacıyev və Osmancan Koçkarov həlak olublar.

Çeçen döyüşçülərdən 3 “Kalaşnikov” tipli avtomat, qumbara və digər silah-sursat aşkar edilərək götürülüb.

Silahlıların hansı ekstremist qruplaşmaya mənsub olması araşdırılır.


Müəllif: Mirvari Əzizova