19 Sentyabr 2018 09:28
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib mövzusu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan üçün prinsip məsələsidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Maksim Yunin deyib.

“Moskva üçün Ukrayna, Abxaziya, Cənubi Osetiya, Dnestryanı nədirsə, İdlib də Ərdoğan üçün odur. Bu regionun gələcəyi sadəcə xarici siyasət deyil, eyni zamanda, daxili siyasətdir. Orada fəaliyyət göstərənlər arasında Türkiyənin dəstək verdiyi xeyli qrup var”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Türkiyə və Rusiya liderləri İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılaşma əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər