İstanbulda valyuta mübadilə məntəqəsində soyğun baş verib.
Teleqraf.com xəbər verir ki, soyğunla əlaqədar İstanbul polisi 1 rus və 1 erməni vətəndaşını saxlayıblar.
Yerli medianın verdiyi məlumata əsasən, şübhəlilər soyğundan sonra Bursaya yola düşüblər. Bu zaman polis onları müşahidə edib və şəhərin çay evlərinin birində hər ikisini yaxalayıb.
Hotel nömrələrinə baxış keçirən zaman isə xeyli sayda pul və qızıl-zinət əşyaları aşkarlanaraq, müsadirə edilib.
Qeyd edək ki, saxlanılanlardan Gevorq adlı şəxs Ermənistan vətəndaşı, digəri isə rusdur.