Avqustun 24-də qondarma Abxaziya respublikasında növbədənkənar “prezident” seçkiləri keçiriləcək.
Teleqraf.com modern.az-a istinadən verdiyi xəbərə görə, Ermənistan da Dağlıq Qarabağdakı separatçı rejimlə birlikdə Abxaziyaya müşahidəçi missiyası göndərəcək.
Qondarma Abxaziya respublikasında prezidentliyə keçmiş vitse-prezident Raul Xadjimba, dövlət təhlükəsizlik xidmətinin vəzifəsini icra edən Aslan Bjaniya, müdafiə naziri vəzifəsini icra edən Mirab Kİşmariya və keçmiş daxili işlər naziri Leonid Dzapşba iddialıdırlar.