Ukraynanın Lvov əyalətində ictimai yerlərdə rus dilindən istifadəni qadağan edən qərar qəbul olunub.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə yerli “ZIK” telekanalı məlumat yayıb:
“Lvov əyalətinin istənilən bölgəsində ictimai yerlərdə rus mədəniyyəti və dilinə aid hər hansı ifadə və əməllərin istənilən formada istifadəsi Ukraynanın ərazi bütövlüyü təmin olunanadək qadağan edilir”.
Əyalət məclisində 57 deputat qərarın lehinə, 43-ü isə əleyhinə səs verib.
Qərara nəzarət üçün xüsusi qruplar yaradılacaq.
Rəsmi Moskva məsələyə münasibət bildirib və qeyd edib ki, bu qərar Ukrayna konstitusiyasına və insan azadlıqlarına ziddiyyət təşkil edir.