“Mənim ədliyyə nazirim yoxa bərabərdir”.
Teleqraf.com ABŞ mediasına istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp verdiyi açıqlamada ABŞ ədliyyə naziri Ceff Sessionsu tənqid edərək, onun fəaliyyətinin ürəkaçan olmadığını diqqətə çatdırıb:
“Ceff Sessions barədə böyük bir təəssüf hissi keçirirəm. Onun atdığı addımlardan məmnun deyiləm. Xüsusilə Rusiya ilə bağlı araşdırmada geriya addım atmasını qəbul etməyəcəm”.
Donald Tramp Ceff Sessionsu vəzifədən azad etmək barədə qərarsız olduğunu qeyd edib: “Ceff ilə necə davam edəcəyimizi danışacam. O mənə dəstək olan ilk senatorlardan idi və mənə yaxınlaşaraq ədliyyə naziri olmaq istədiyini demişdi”.
Qeyd edək ki, ABŞ mediasında yaxın gələcəkdə Donald Trampdan yeni istefalar gələcəyi barədə xəbərlər yayılır.