22 Sentyabr 2018 00:09
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə Azov dənizi üzrə məxfi plan var.

Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin brifinqdə danışıb.

Nazir konkret ölçüləri açıqlamaqdan imtina edib, amma vurğulayıb ki, onlar artıq uyğunlaşdırılıb.

“Biz müqavilələr barəsində müxtəlif seçimlərə baxırıq. Əlbəttə, bizim hamımıza aydındır ki, Azov daxili dəniz deyil. Hazırda Qara dəniz və Azov dənizində Ukraynanın hüquqların pozulması, həmçinin Kerç boğazında Krım körpüsünün qeyri-leqal tikintisi haqqında beynəlxalq arbitraj həyata keçirilir”, - Klimkin deyib.

Ukraynanın xarici siyasət idarəsinin başçısının sözlərinə görə, hakimiyyət bütün “dostlar və partnyorlar”la bütün mümkün seçimləri müzakirə edib.

Qeyd edək ki, Kiyev Moskvanı Kerç boğazından keçərək Ukrayna limanlarına üzən gəmilərin hərəkətinə maneə olmaqda ittiham edir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım Sərhəd Xidməti isə yoxlamaların beynəlxalq dəniz hüququna uyğun keçirildiyini, gəmi sahiblərinin heç bir şikayətlərinin olmadığını bildirir.


Müəllif: Teleqraf.com