Çin ABŞ-la ticarət danışıqlarından imtina edib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Pekin və Vaşinqton arasında bir neçə gün sonra başlayacaq danışıqlara Çin tərəfi qoşulmayacaq .
Rəsmi Pekin bunu Birləşmiş Ştatların Çinə tətbiq etdiyi yeni sanksiyalarla əlaqələndirir.
Xatırladaq ki, Ağ Ev Çinin Rusiyadan aldığı 10 ədəd SU-35 və S-400 raket kompleksinə etiraz olaraq bu ölkəyə sanksiyalar tətbiq edib.