Fransanın Korsika adası Beynəlxalq Futbol Federasiyasına (FİFA) üzvlük üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, adanın FİFA-ya üzvlüyünü nəzərdə tutan qanun layihəsi Korsika parlamentinin gündəminə çıxarılıb.
Korsika rəhbərliyi Fransa Futbol Federasiyası ilə müzakirələr aparıb FİFA-ya müstəqil üzv kimi qəbul edilməsini nəzərdə tutan qanun layihəsini adanın parlamenti dəstəkləyib.
Qanun layihəsini adanın Fransadan ayrılmasının tərəfdarı olan Romain Kolonna hazırlayıb.
Məqsəd 1960-cı ildə qurulan Korsika futbol komandasının FİFA-ya üzv olub dünya çempionatlarında müstəqil iştirakına nail olmaqdır.
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Krate isə bildirib ki, Korsikanın bu tələbini rədd edəcəklər: “Bizim baxışımızdan bu mövzu haqqında danışmağa belə dəyməz. Korsika Fransa torpağıdır”.