Liviyanın paytaxtı Tripolidə silahlı dəstələr arasında qarşıdurma zamanı indiyə qədər 106 nəfər ölüb, 365 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Liviyada avqustun sonunda 14 günlük atəşkəsin pozulması nəticəsində silahlı dəstələr arasında müharibə yenidən qızışıb.
Son qarşıdurmalarda 10 nəfər öldürülüb.
Liviya Səhiyyə Nazirliyi bildirib ki, cümə günü axşam saatlarında Tripolidə milis gücləri arasında silahlı atışma baş verib.
Nəticədə 1-i əcnəbi olmaqla 5 nəfər və bir əsgər daxil olmaqla ümumilikdə 10 nəfər ölüb.
Səhiyyə Nazirliyi qeyd edib ki, avqustun sonlarından indiyə qədər Tripolidə baş verən silahlı qarşıdurma zamanı 106 nəfər ölüb, 365 nəfər yaralanıb. 18 nəfər isə itkin düşüb.