Şimali Koreya lideri Kim Çen İnin Cənubi Koreya Prezidenti Mun Çje İnə söz verdiyi Seul ziyarətinin tarixi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin səfəri zamanı ona yoldaşlıq edən və ölkəsinin ən böyük holdinqlərindən olan “CJ Qrup"un rəhbəri Son Kyunq-Şik deyib. O bildirib ki, Kimin dekabrda Seulə səfəri planlaşdırılıb.
Holdinq rəhbəri səfərin gününü və detallarını Mun Çje İnin rəsmi dəvətindən sonra dəqiqləşəcəyini söyləyib.
Qeyd edək ki, Kim Çen İnin bu səfəri baş tutarsa, bu, Koreya yarımadasının bölünməsindən bəri ilk dəfə Şimali Koreya liderinin Cənubi Koreyaya səfəri kimi tarixə düşəcək.