Muhammed Deyfin həyat yoldaşı və 7 aylıq körpə uşağı öldü
İsrailin Qəzza zolağına atdığı raketlərdən biri 11 nəfərin həyatına son qoyub.
ANS PRESS-in məlumatına görə, ölənlər arasinda HƏMAS-ın lideri Muhammed Deyfin həyat yoldaşı və 7 aylıq körpə uşağı da olub. İsrail hərbçilərinin əsas hədəfi Muhammed Deyf olub.
İsrail hərbçiləri qeyd ediblər ki, son 2 gündə Qəzzadakı terror şəbəkələrinə döyüş təyyarələri tərəfindən 80 zərbə endirilib. Eyni zamanda Qəzza tərəfdən İsrail ərazilərinə 100-ə yaxın raketin atıldığı deyilir.
HƏMAS nümayəndələri bildirib ki, M. Deyfin hədəf alınan evindən yalnız ailəsi yaşayırmış. Deyfin harda olması barədə məlumat yoxdur.