ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraq Kürd Muxtariyyətinin Baş naziri Nəcirvan Bərzani arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bərzaninin ofisi məlumat yayıb.
Tərəflər İraqdakı son proseslər daxil olmaqla prezidentliyə namizəd və yeni hökumətin formalaşması istiqamətində müzakirələr aparıblar. Yeni hökumətin ölkənin sabitliyinə və təhlükəsizliyinə təminat verməsinin önəmi vurğulanıb. Həmçinin yeni hökumətin İraqın bütün siyasi qüvvələrindən təşkil olunmasının əhəmiyyəti qeyd edilib.