23 Sentyabr 2018 20:33
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda kürd mənşəli müstəqil siyasətçi Sirvə Abdülvahid prezidentliyə namizəd olacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə qərarını Bağdadda təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

“Müstəqil qadın siyasətçi kimi prezidentliyə namizəd olacağımı bəyan edirəm. Bütün İraqı təmsil edəcəyəm. İraq prezidentliyi Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Yurdsevər Birliyi arasında məhdudlaşdırılıb. Bu, ədalətsizlikdir. Deputat olanda da bütün İraq üçün çalışdım, separatçı siyasətə qarşı çıxdım”, - deyə Sirvə Abdülvahid qeyd edib.

Xanım siyasətçi prezident seçiləcəyi təqdirdə xalqı bərabər şəkildə təmsil edəcəyini bildirib: “İraqlı olmağımla qürur, kürd olmağımla şərəf duyuram.İraq qadınını da təmsil edirəm. Əvvəlcə iraqlı sonra ərəb, kürd, türkman, şiə və sünni olacağıma söz verirəm”.

Sirvə Abdülvahid bu dönəmdə prezidentliyə namizədliyini açıqlayan ilk qadın siyasətçidir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər