23 Sentyabr 2018 18:10
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Təbrizin “Fəhmidə” meydanında quraşdırılan “Fars dili kitabı” abidəsi azərbaycanlı fəalların kəskin etirazı ilə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, şəkillərdən də göründüyü kimi, milli fəallar axşam saatlarında lövhədə qeyd olunan “fars” sözünü silib, yerinə “türk” sözünü yazıblar. Onlar bununla fars dilində kitab və bu dildə təhsil almağı təbliğ edən Bələdiyyə İdarəsinə etiraz bildiriblər. Lövhənin hər iki tərəfində milli şüarlar və ana dilində təhsillə bağlı sözlər də yazılıb.

Lövhənin Təbrizin bələdiyyə sədri İrəc Şəhin Baherin təşşəbbüsü ilə quraşdırıldığı bildirilir. O, anti-türk mövqeyi ilə seçilən panfarsizm məktəbinin yetirmələrindən biridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər