İrs Partiyası gələn il Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın rəhbəri Raffi Ovannisyan açıqlama verib.
Ovanissyan jurnalistlərə açıqlamasında seçkilərə qatılacağını bildirib:
“Erkən seçkilərin tərəfdarıyıq. Biz həmişə digər qüvvələrlə əməkdaşlığı müdafiə etmişik, lakin bu dəfəki seçkilərə hansı formada qatılacağımız hələ məlum deyil. Bu barədə qərarımızı açıqlayacağıq”.
Qeyd edək ki, Ermənistanda Qərbyönümlü siyasətçi kimi tanınan Raffi Ovanisyan böyük maliyyə imkanlarına və Avropa İttifaqı ölkələri ilə geniş əlaqələrə malikdir.
Onu da əlavə edək ki, keçmiş prezident Robert Köçəryan da seçkilərdə iştirak edəcəyini açıqlayıb.