Rusiya Müdafiə Nazirliyi hesab edir ki, “İl-20” kəşfiyyat təyyarəsinin Suriyada vurulmasına görə məsuliyyət İsrail Hərbi Hava Qüvvələrinin üzərinə düşür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Müdafiə Nazirliyi təsdiq edir ki, İsrailə məxsus “F-16”nın pilotları Suriya zenit reketlərindən qorunmaq üçün qəsdən “İl-20”nin altında gizləniblər.
Nazirlik nümayəndəsi əlavə edib ki, İsrail HHQ onları Suriyaya aviazərbə endirmək barədə məlumatlandırıb:
“Bununla bağlı bizdə audioyazı var. Söhbət rus dilində aparılırdı. Lakin İsrail özünün “F-16” qırıcı təyyarələrinin yeri barədə Rusiyanın tərəfinə məlumat verməyib”.