24 Sentyabr 2018 08:17
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib.

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.

Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb.

Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 siqnalın daxil olduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər