24 Sentyabr 2018 15:54
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranın Təhsil Nazirliyindən məktəblərdə rus dilinin yerinə Azərbaycan-türk dilinin tədris olunmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, millət vəkili aidiyyəti qurumların məktəblərdə türk dilinin tədris olunmasına xüsusi əhəmiyyət verməli olduğunu bildirib:

“Bu, dövlətin vəzifəsidir. Hesab edirəm ki, məktəblərdə rus dilinin yerinə türk dili tədris olunmalıdır”.

Millət vəkili Azərbaycan şəhər və kəndlərində təhsil sahəsində olan problemlərə də toxunub: “Böyük şəhərlərdə valideynlər SMS vasitəsi ilə uşaqlarının məktəbdən çıxmasını öyrənir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bir çox şagirdlər yayın isti havası və qışın soyuğunda palçıq evlər, köhnə məktəblər və hətta kanekslərdə (dəmirdən düzəldilmiş otaqlar) təhsil alırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər