İranın Ali Dini lideri Ayətullah Xameneyi Əhvazda baş verən terrorla bağlı sərt açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Xameneyi hücuma görə bir sıra ərəb ölkələrini və ABŞ-ı günahlandırıb:
“Əhvazda terrorun təşkilatçıları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirildi. ABŞ tərəfindən isə dəstəkləndi”.
Qeyd edək ki, İran hökuməti terror aktına görə artıq bir neçə nəfərin saxlanıldığını qeyd edib.