25 Sentyabr 2018 10:40
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə qeyri-adi hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, valideynlər Feysbuk vasitəsilə doğulmamış uşaqlarını satmaq istəyiblər.

Xani Məhəmməd adlı ata elanda qeyd edib ki, uşaq 2 həftə sonra doğulacaq, təkliflə maraqlananlar onunla şəxsən əlaqə saxlaya bilər.

Elandan təəccüblənən şəxslərdən biri onunla əlaqə saxlayıb və belə bir hadisənin doğruluğunu yoxlamaq qərarına gəlib. Valideynlər körpənin qiymətini 2000 Misir dirhəmi yəni, 111 dollar dəyərində qiymətləndiriblər.

Hüquq-mühafizə orqanının əməkdaşları uşağın dünyaya gəlməsinə qədər gözləyiblər. Bundan sonra ata həbs edilib.

Valideynlərin hansı səbəbdən elan verdikləri məlum deyil.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər