25 Sentyabr 2018 10:57
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstaqram sosial şəbəkəsinin yaradıcıları şirkəti tərk edirlər.

Teleqraf.com xəbər verir ki, Kevin Sistrom və Mayk Kriger istefa barədə ərizə təqdim ediblər və yaxın həftələrdə şirkəti tərk edəcəklər.

Onlar öz ərizələrində Feysbukun yaradıcısına öz təşəkkürlərini bildiriblər.

Ərizələrin birində deyilir: “Mayk, İnstaqramda son 8, Feysbukda son 6 ilimə görə sənə təşəkkür edirəm”.

Qeyd edək ki, şirkət yaradıcıları açıqlamalarında iş rejimindən yorulduqlarını və özlərində yaradıcılıq hissini yenidən formalaşdırmaq üçün istefa verdiklərini bildiriblər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər