Ədalət və İnkişaf partiyasının baş nazirin təyini fövqəladə konqresi 27 avqustda ediləcək.
Bu konqresdə irəli sürüləcək ümumi başçı namizədinin isə bu gün ediləcək Partiya Mərkəzi İcra heyyəti konfransında müəyyənləşdirilməsi gözlənilir.
Yığıncağın əhəmiyyətli gündəm maddəsi Ərdoğandan sonra ümumi başçı namizədi yəni baş nazirin kim olacağının müəyyənləşdirilməsidir. Əlaqədar qiymətləndirmələrin ardından Ümumi Başçı namizədinin ictimaiyyətə açıqlanması gözlənilir. Sürpriz bir inkişaf olmadığı təqdirdə bu adın hazırki xarici işlər naziri Əhməd Davudoğlu olacağı gözlənilir.
Əsaslı qərarı alacaq olan konfrans üzvləri isə bunlardır: Rəcəb Tayyib Ərdoğan, Məhmət Ali Şahin, Süleyman Soylu, Mustafa Şəntop, Hüseyn Çəlik, Yasin Aktay, Nükhət Hotar, Abdulhəmid Gül, Numan Qurtulmuş, Saleh Kapusuz, Nurəddin Nəbati, Əkrəm Erdəm, Haluk İpək, Nurətdin Canikli, Mustafa Elitaş, Mihrimah Səlma Sətir , Əhməd Aydın, Mahir Ünal, Güldal Akşit və Zəfər Çubuklu./anspress/